Sumqayıtda cüdo üzrə master-klas keçiriləcək.
Sumqayıt24 Cüdo Federasiyasına istinadən xəbər verir ki, ustad dərsi avqustun 23-də saat 17:00-da “Göyərçin” parkında təşkil olunacaq.
Master-klas Azərbaycan Cüdo Federasiyasının prezidentinin müşaviri, dünya mükafatçısı Natiq Bağırov, böyüklərdən ibarət yığma komandanın üzvləri Ömər Rəcəbli və Rövşən Əliyevin iştirakı ilə baş tutacaq. İştirak etmək istəyən hər kəs dəvət olunur.