Sumqayıtda sərbəst və yunan-Roma güləşi üzrə məşqçi-müəllimlər üçün seminar keçirilib.
Sumqayit24.az xəbər verir ki, seminarın nəzəri hissəsi Mehdi Hüseynzadə adına stadionda, praktiki hissəsi isə “Alüminumçü” İdman Evində baş tutub. Ustad dərsində Abşeron-Xızı və Şərqi-Zəngəzur Regional Gənclər və İdman İdarələrinin güləş mütəxəssisləri iştirak ediblər.
Qeyd edək ki, layihə Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə reallaşıb.