Sumqayıt idmançısı Avropa birinciliyində ölkəmizi təmsil edib. Bu haqda 11 iyul tarixində Sumqayıt24 Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.
Macarıstanın Kaposvar şəhərində yunan-Roma güləşi üzrə (U-15) Avropa birinciliyi keçirilib. 52 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Marat Ağakərimov yarışın gümüş medalına layiq görülüb.
Qeyd edək ki, Marat Ağakərimovun məşqçiləri Cahid Nəcəfov və Hüseyn Abbasovdur.