Sumqayıt idmançısı güləş üzrə Azərbaycan çempionatında uğurla çıxış edib. Bu barədə 27 dekabr tarixində Sumqayıt24 xəbər verir.
Bakı İdman Sarayında keçirilən yarışda 65 kq çəki dərəcəsində mübarizə aparan Nahid Məmmədli Respublika üzrə 2-ci yerə layiq görülüb. O, gümüş medal və diplomla təltif olunub.
Qeyd edək ki, Nahid Sumqayıt Olimpiya İdman Kompleksinin yetirməsidir.