Sumqayıtlı güləşçinin Yay Olimpiya Oyunlarında rəqibi müəyyənləşib. Bu haqda 5 avqust tarixində Sumqayıt24 xəbər verir.
60 kq çəki dərəcəsində mübarizə aparacaq yunan-Roma güləşçimiz Murad Məmmədov ilk qarşılaşmada Venesuela təmsilçisi R. Rodriqeslə üz-üzə gələcək.
Görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq və İTV vasitəsilə canlı yayımlanacaq.