Sumqayıtın qadın idmançısı beynəlxalq turnirdə iştirak edə bilməyəcək. Bu haqda 22 iyun tarixində Sumqayıt24 Cüdo Federasiyasına istinadən məlumat verir.
23-25 iyunda Monqolustanın paytaxtı Ulan-Bator şəhərində Böyük Dəbilqə turniri keçiriləcək. Yarışda iştirak etməli olan cüdoçumuz Gültac Məmmədəliyeva (52 kq) zədəli olduğuna görə milli yığmanın tibbi heyətinin qərarına əsasən, yığmanın heyətindən çıxarılıb.
Qeyd edək ki, millimiz turnirdə 8 çəki dərəcəsində 13 cüdoçu ilə təmsil olunacaq.