Sumqayıtın idman məktəbi “İlin ən yaxşısı” seçilib. Sumqayıt24 bu haqda Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir.
"Buta Palace"-da 2022-ci ilin idman yekunlarına həsr olunmuş qala-mərasim keçirilib. Tədbirdə idman təşkilatlarının, federasiyaların, media qurumlarının rəhbərləri, idmançılar, məşqçilər və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Üç mərhələli sorğu əsasında “2022-ci ilin Uşaq-Gənclər İdman Məktəbi” seçilmiş 1 saylı Uşaq-Gənclər İdman-Şahmat Məktəbi (Sumqayıt) mükafatlandırılıb.