İdmançılarımız komanda yarışında Dünya çempionatının qalibi olublar. Sumqayıt24 bu barədə 10 noyabr tarixində Milli Paralimpiya Komitəsinə istinadən xəbər verir.
Paracüdo üzrə çempionatın komandalararası yarışında yığma komandanın tərkibində çıxış edən idmançılarımız İlham Zəkiyev və Namiq Abbaslı çempionatın qızıl medallarına sahib olublar. Yığmamız final mərhələsində Türkiyə millisinə 4:2 hesabı ilə qalib gəliblər.
Komanda yarışlarında millimizi idmançılarımızla yanaşı, İsmayıl Muradov, Hüseyn Rəhimli, Zakir Mislimov və Kənan Abdullaxanlı təmsil ediblər.