Sumqayıt cüdoçusu Avropa çempionatında uğurla çıxış edib. Sumqayıt24 bu barədə 31 oktyabr tarixində şəhər Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.
Yarış Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində baş tutub. Milli yığmanın üzvü, Sumqayıt cüdo məktəbinin yetirməsi Kənan İsmayılov (60 kq) yarışın gümüş medalına layiq görülüb.
Qeyd edək ki, Kənan İsmayılovun məşqçisi Azərbaycan Respublikasının Əməkdar məşqçisi İlham Məmmədovdur.