Sumqayıt idmançısı taekvondo üzrə Beynəlxalq turnirdə iştirak edib. Bu haqda 10 aprel tarixində Sumqayıt24 şəhər Gənclər və İdman Baş İdarəsinə istinadən xəbər verir.
Rumıniyanın paytaxtı Buxarest şəhərində keçirilən turnirdə milli yığma komandanın üzvü olan idmançımız Xanoğlan Kərimov 63 kq çəki dərəcəsində yarışın bürünc medalına layiq görülüb. Onun məşqçisi Respublikanın Əməkdar məşqçisi Vurğun Cəfərovdur.
İdmançımızı təbrik edirik!