top
İkiqat dünya çempionu: “Erməni rəqibə qalib gəlmək ən böyük uğurumdur” – ÖZƏL MÜSAHİBƏ
28 oktyabr 2024, 06:30
- ↺ +

İkiqat dünya çempionu: “Erməni rəqibə qalib gəlmək ən böyük uğurumdur” – ÖZƏL MÜSAHİBƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Hər il 28 oktyabr tarixi “Dünya Cüdo Günü” kimi qeyd edilir. Cüdo idmanının banisi hesab edilən Ciqoro Kanonun şərəfinə onun doğulduğu gün hər il Dünya Cüdo Günü kimi qeyd olunur.

Cüdo Günündə dünyada bu idman növünün tanınması, inkişafı və onun dəyərləri, xüsusən də hörmət, intizam və dostluq kimi prinsiplərinin təşviq edilməsi məqsədilə müxtəlif tədbirlər keçirilir. Cüdo, yalnız bir döyüş idmanı deyil, eyni zamanda şəxsi inkişaf və mədəniyyətin bir hissəsidir.

Əlamətdar gün ilə əlaqədar olaraq Sumqayit24.az-ın əməkdaşı 17 yaşlı ikiqat dünya çempionu, cüdoçu Nihad Məmişov ilə söhbətləşib.

Müsahibəni təqdim edirik:

- Nihad, öncə özünüz haqqında qısa məlumat verməyinizi istərdim.

- Mən Nihad Məmişov 2007-ci ildə Sumqayıt şəhərində anadan olmuşam. Abşeron rayon Mikayıl Ələkbərov adına Saray qəsəbə 1 nömrəli tam orta məktəbi bitirmişəm.

- Nə vaxt cüdo ilə məşğul olmağa başlamısınız? Bu idman növünə marağınız uşaqlıq illərində yaranıb?

- 11 ildir ki, cüdo idman növü ilə məşğulam. Cüdoya mənim uşaqlıqdan həvəsim olub. Ailəm də bu həvəsimə daim dəstək olub, məni bu sahəyə yönləndirməkdə yardımçı olublar. Mən də əlimdən gələni edərək bu yerlərə gəlib çıxmışam.

- Bu idman növünü seçməyinizin səbəbi nədir?

- Öncə valideynlərim cüdonu mənə məsləhət bildilər. Sonradan isə müəllimim sayəsində sevgim daha çox artdı. Ona görə də bu idman növündə qalmağı seçdim.

- Hansı yaş qruplarında olan yarışlarda iştirak etmisiniz? Nailiyyətləriniz var?

- Cüdoya kiçik yaşlarından başlamışam. Amma mənim əsas yarışlarım yeniyetmələr arasında olub. Artıq gənc qruplara keçirəm. 2023-cü il Xorvatiyanın Zaqreb şəhərində yeniyetmələr arasında dünya çempionatında qalib gəldim, bu il də Perunun Lima şəhərində yeniyetmələr arasında dünya çempionu oldum.

Ötən il MDB yarışlarının qalibi oldum. Bir çox ölkədə Avropa Kubokları üzrə yarış keçirildi. Həmin yarışda da qızıl medal qazandım. Avropa Gənclərin Yay Olimpiya Festivalında bürünc medala layiq görülmüşəm.

- Yarışlara necə hazırlaşırsınız? Hər hansı xüsusi məşq üsullarınız varmı?

- Mən yarışlara yığma komandanın məşqçiləri və şəxsi məşqçimin təlimləri ilə hazırlaşıram. Müəllimlər mənə xüsusi üsullar və məşq tapşırıqları verirlər.

- Gələcəkdə cüdo ilə bağlı hansı hədəfləriniz var?

- 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Olimpiya Oyunlarına qatılmaq istəyirəm. O yarışda qızıl medal qazanıb, Azərbaycana və doğma Sumqayıta olimpiya çempionu kimi qayıtmaq arzumdur. Qarşıdakı məqsədim hələ ki, odur.

- Rəqiblərinizlə münasibətiniz necədir? Onlardan nələri öyrənirsiniz?

- Mən yarışda rəqiblərimlə çox ünsiyyət qurmuram. Güləşəcəyim rəqiblərimlə ünsiyyət qurmaq xoşuma gəlmir.

- İdmanla məşğul olarkən sizi nə motivasiya edir? Hansı müəllimlər və ya məşqçilərlə çalışmısınız? Onlardan nələri öyrənmisiniz?

- Mən olimpiya çempionları Hidayət Heydərov və Zelim Kotsoev ilə məşq edirəm. Dünya çempionu Elxan Məmmədov, Nicat Şıxəlizadə, Rüstəm Alimli və Emil İsgəndərov məşqçilərimdir. Onlara baxıb motivasiya alıram.

Mənim şəxsi məşqçim İlham Məmmədovdur. Ondan bir çox şey öyrənmişəm. Yarışlarda yer tutmağım onun sayəsindədir. Mənim ikinci məşqçim atamdır. Atam hər məşqimdə yanımda olur, gördüyü hər fəndi mənə öyrətməyə çalışır. İdmançı da deyil.

- Təhsilinizi idman üzrə davam etdirirsiniz?

- Bəli, hazırda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının I kurs tələbəsiyəm.

- Məşqçi olmaq istəyərdiniz?

- Mənim qarşıda çox illərim var. Olimpiyadalarda iştirak etməyi hədəfləmişəm. Məşqçi olmaq haqqında hələ ki, düşünmürəm.

- Ən yaddaqalan yarışlardan danışmağınızı istərdim.

- Ən yaddaqalan nəaliyyətim Avropa Gənclərin Olimpiya Festivalında erməni rəqibimi məğlub etməyim olub. Həmin yarışda bürünc medal qazanmışdım. Birinci böyükmiqyaslı döyüşüm idi. Həm də ermənini məğlub etmişdim.

- Ümumiyyətlə cüdoda hədəfiniz nədir?

- Ən böyük məqsədlərimdən biri dünyada Azərbaycan cüdosunu tanıtmaqdır. Elə bir şey edim ki, Azərbaycan cüdosunu daha da gözəl tanısınlar.

- Bu gün “Dünya Cüdo Günü”dür. Cüdo ilə məşğul olan yaşıdlarınıza nə demək istəyərdiniz?

- Yaşıdlarıma tövsiyəm odur ki, pis vərdişlərdən uzaq olsunlar. İdmanla məşğul olub, vətənə və millətə xeyirli övlad olsunlar.

Nəzrin Vahid

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 41-ci günü: XRONİKA

İdman
Dünən, 17:40

"Sumqayıt"ın qapıçısı rəmzi komandada

Kriminal
Dünən, 16:59

Sumqayıtda apteki talayan keçmiş məhkum tutulub

Bütün xəbərlər
Dünən, 16:32

Prezident sumqayıtlı aparıcını təltif etdi

Bütün xəbərlər
Dünən, 16:19

Prezident bir qrup media nümayəndəsini təltif edib - SİYAHI

Bütün xəbərlər
Dünən, 15:47

Sumqayıtda hər 4 fərdi sahibkardan biri qadındır

Bütün xəbərlər
Dünən, 15:10

Sumqayıtda sabah hava yağışlı ola bilər

Bütün xəbərlər
Dünən, 14:48

Sumqayıtda körpünün altını çirkab sular basıb - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 14:40

Sumqayıtda Zəfər Gününə özəl ağacəkmə aksiyası

Bütün xəbərlər
Dünən, 13:35

Xəzərdə yadplanetlilərin gizli bazaları var? - ABŞ arxivinə düşən 25 illik sirr

Bütün xəbərlər
Dünən, 13:00

Təhsil müəssisələrində Zəfər Günü ilə bağlı tədbirlər keçiriləcək

Bütün xəbərlər
Dünən, 12:30

Sumqayıtda təmizlik işçiləri maaşlarını ala bilmirlər?

Bütün xəbərlər
Dünən, 12:25

Sumqayıt Şəhidlər Xiyabanında rəsm sərgisi təşkil edilib

Bütün xəbərlər
Dünən, 11:50

Sumqayıtda avtobus dayanacağı qışa hazır deyil - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 11:47

Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək

İdman
Dünən, 11:15

Klub rəhbərliyi etiraz etdi, komitə sədri isə qərarı təsdiqlədi

Bütün xəbərlər
Dünən, 10:41

Polad Həşimovun anasının son vəziyyəti açıqlandı - RƏSMİ

İdman
Dünən, 10:20

"Sumqayıt" səfər oyununa hazırlaşır

İdman
Dünən, 09:48

Sumqayıtda cüdo məşqçiləri üçün inkişaf proqramı keçirilir

Bütün xəbərlər
Dünən, 09:15

Sumqayıt məktəblilərinin uğuru - olimpiadada qızıl medal qazandılar

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı gününün xronikası

Bütün xəbərlər
04 noyabr 2026, 19:00

Sumqayıtda külək güclənəcək

Bütün xəbərlər
04 noyabr 2026, 18:40

Sumqayıta sabah yağış yağa bilər

Bütün xəbərlər
04 noyabr 2026, 18:15

Sumqayıtda bu yoldan istifadə edənlərin NƏZƏRİNƏ

Oxşar xəbərlər