Sumqayıtlı paracüdoçu Qran Pridə finala yüksəlib. Bu haqda 14 mart tarixində Sumqayıt24 Milli Paralimpiya Komitəsinə istinadən xəbər verir.
Misirin İsgəndəriyyə şəhərində keçirilən yarışda milli komandamızın üzvü İlham Zəkiyev (+90 kq) yarımfinalda rəqibini məğlub edərək finala vəsiqə qazanıb.
Daha öncə digər paracüdoçumuz Namiq Abaslının qızıl medal qazandığı haqda məlumat vermişdik.