Dünyaca məşhur sumqayıtlı idmançı “Sumqayıt” futbol klubuna dəstək nümayiş etdirib. Bu haqda 11 may tarixində Sumqayıt24 Sportinfo.az-a istinadən məlumat verir.
İkiqat Paralimpiya çempionu, üçqat dünya çempionu, səkkizqat Avropa çempionu İlham Zəkiyev “Sumqayıt” – “Səbail” matçından əvvəl azarkeşlərə səslənib.
O, hər kəsi mayın 12-də Bakı təmsilçisi ilə keçiriləcək qarşılaşmada şəhərin yeganə komandasını tək qoymamağa çağırıb.
Qeyd edək ki, “kimyaçılar” tarixində 3-cü dəfə avrokuboklara, 2-ci dəfə medal qazanmağa çox yaxındırlar.