top
İlham Zəkiyev yaralanmağından danışdı: “Sağ qalmağım möcüzədir” – ÖZƏL
04 fevral 2025, 05:51
- ↺ +

İlham Zəkiyev yaralanmağından danışdı: “Sağ qalmağım möcüzədir” – ÖZƏL

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin vitse-prezidenti, ikiqat paralimpiya çempionu İlham Zəkiyevin yaralandığı gündür.

Xatırladaq ki, o 1999-cu ilin fevralında 4-də Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirən zaman Ermənistan tərəfindən atılan snayper gülləsinə tuş gəlib. Güllə onun sağ gicgahından girib, sol gicgahından çıxıb. O, beş gün koma vəziyyətində qalıb və həkimlər onun öləcəyini bildiriblər.

Beşinci gün İlham rayon xəstəxanasında anasının səsini eşidib və özünə gəlib. Lakin gözlərini açanda, heç nə görməyib. Güllə yarasından görmə qabiliyyətini itirib. O, 2002-ci il noyabr ayının 1-dən məşqlərə başlayır. İlham Zəkiyev Azərbaycandan Paralimpiya Oyunlarında iştirak edən yeganə cüdoçu olur.

2007-ci ildə Bakıda keçirilən dünya çempionatında yenə də qalib olur. Həmin ildə Braziliyada keçirilən Ümumdünya yarışında qızıl medala layiq görülür. 2008-ci ildə ikinci Paralimpiya Oyunlarında iştirakı zamanı Çinin paytaxtı Pekində fransalı idmançı Julyen Turini beş saniyəyə məğlub edir.

Sumqayit24.az -ın əməkdaşı Milli Paralimpiya Komitəsinin vitse-prezidenti İlham Zəkiyev ilə söhbətləşib.

O, həmin gün ilə bağlı xatirələrini bölüşüb:

“Döyüşdə çox ağır yaralandım. Beş gün sonra hospitalda ayıldım. Çox qəribə hislər idi. O anlar hər zaman yaddaşımızda xatirə olaraq qalacaq. Həmin gün yanımda olan döyüş yoldaşlarım indi yoxdur. Bu çox ağırdır.

Bəzi şeylər var ki, danışmaq olmur. Hərbi sirr idi. Düşmənin gülləsinə tuş gəldim. Həkimlər dedilər ki, sağ qalmağın möcüzədir. Allahın böyüklüyünə şükürlər olsun. Ayaqda qalmağa çalışırıq. Çalışırıq ki, üçrəngli bayrağımız hər zaman zirvələrdə olsun. Qazilərimizə cansağlığı, şəhidlərimizə Allahdan rəhmət diləyirəm”.

İ.Zəkiyev ağır itkilərlə üzləşdiyini söyləyib:

“Mənim böyük qardaşım Telman ilk günlərdə yanım idi. Birinci Qarabağ Müharibəsində o da ayağından yaralınmışdı. Xəstəxanada da yanımda idi. 2012-ci ildə ürək çatışmazlığından dünyasını dəyişdi. Hər zaman mənə psixoloji dəstək olub. Onun itkisi çox ağır oldu. Daha sonra atam dünyasını dəyişdi. İtkilərim oldu. İllər ərzində çox şey dəyişdi. Düzdür, dəyişməyən məqamlar da var..”

Qeyd edək ki, İham Zəkiyev 2008-ci il dekabr ayının 26-da “Şöhrət” ordeninə, 2009-cu ilin mart ayının 5-də “Əməkdar idman ustası” adına, 2012-ci ildə “Tərəqqi” medalına layiq görülüb. 2012-ci il may ayının 10-da Heydər Əliyev Mərkəzinin açılışı zamanı Heydər Əliyev Fondunun təsis etdiyi “Qızıl çinar” beynəlxalq mükafatına layiq görülüb. 2016-cı ildə İlham Zəkiyev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Nəzrin Vahid

 

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:54

Babək küçəsində iki maşın toqquşub

Bütün xəbərlər
Bu gün, 16:40

"Gold Qayalı"nın əməkdaşları 105 min manatlıq siqaret oğurladılar

Bütün xəbərlər
Bu gün, 16:06

İstilik mövsümü bu tarixdə başlayacaq

Bütün xəbərlər
Bu gün, 15:30

Pis qoxu, həşəratlar, çirkab sulara qərq olmuş zirzəmi

Bütün xəbərlər
Bu gün, 15:10

Bakı-Sumqayıt yolunun bir hissəsi bağlanıb

Bütün xəbərlər
Bu gün, 15:00

Azərbaycana qripə qarşı vaksinlər gətirilib, peyvəndləməyə başlanılır - RƏSMİ

Bütün xəbərlər
Bu gün, 14:30

16 yaşdan aşağı şəxslər müvafiq platformalarda "profil" aça bilməyəcəklər

Bütün xəbərlər
Bu gün, 14:00

Sumqayıta sabah yağış yağacaq?

Bütün xəbərlər
Bu gün, 13:25

Azərbaycanda yağın qiyməti kəskin artıb

Bütün xəbərlər
Bu gün, 12:55

"Sumqayıtda elə şərait yaratmalıyıq ki, gənc musiqiçilər öz bacarıqlarını inkişaf etdirə bilsinlər" - Natəvan Həsənova

Bütün xəbərlər
Bu gün, 12:25

Məktəblərdə "Tiktok"a giriş məhdudlaşdırılıb

Bütün xəbərlər
Bu gün, 11:50

Sumqayıtda yeni zavod açılıb

Bütün xəbərlər
Bu gün, 11:20

Bakı-Sumqayıt yolunda "Bolt" sürücüsü qadına zorakılıq edib?

Bütün xəbərlər
Bu gün, 10:47

Sumqayıtlı Vətən Müharibəsi Qəhrəmanına yüksək rütbə verildi

Bütün xəbərlər
Bu gün, 10:26

"Qorxmaz" ləqəbli qazinin nəşi Sumqayıt Şəhidlər xiyabanına köçürülür

Bütün xəbərlər
Bu gün, 09:45

Sumqayıtda avtobusların bitmək bilməyən "xəstəliyi"

Bütün xəbərlər
Bu gün, 09:13

Sumqayıtda qadın işçi işləyərkən xəsarət aldı

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 25-ci günü - XRONİKA

Bütün xəbərlər
Dünən, 20:30

Sumqayıtın bəzi ərazilərinin vaxtilə tamam başqa adlarla tanındığını bilirdinizmi?

Bütün xəbərlər
Dünən, 17:45

Sumqayıt Dövlət Texniki Kollecinin müəlliminin araşdırması beynəlxalq jurnalda

Bütün xəbərlər
Dünən, 17:26

Milli Kibertəhlükəsizlik Agentliyi kütləvi kiberdələduzluq cəhdlərinə qarşı diqqətli olmağa çağırır

Bütün xəbərlər
Dünən, 17:03

Sıxlıq yaşanan Bakı-Sumqayıt qatarında VIP yerlərlə bağlı narazılıq

Bütün xəbərlər
Dünən, 16:27

Tıxaclar artıq Sumqayıta yaxınlaşır…

Bütün xəbərlər
Dünən, 15:55

Son günlər əhali arasında yayılan xəstəliyin səbəbi nədir?

Oxşar xəbərlər