Sumqayıtda futbol meydançasının örtüyü dəyişdirilir. Bu barədə 22 noyabr tarixində Sumqayıt24 xəbər verir.
Hazırda işlər "Kapital Bank Arena"nın köməkçi meydançasında aparılır. İstismar müddətini başa vurmuş örtük yenisi ilə əvəz olunur. İşlərin yaxın zamanda yekunlaşdırılması nəzərdə tutulur.