Sumqayıt idmançısı kapoeyra üzrə beynəlxalq turnirin qalibi olub. Sumqayıt24 bu barədə 19 noyabr tarixində şəhər Gənclər və İdman Baş İdarəsinə istinadən xəbər verir.
Turnir Polşanın Zakapone şəhərində keçirilib. Milli yığma komandanın tərkibində çıxış edən idmançımız Fərid Allahverdiyev (82 kq) turnirin qızıl medalına sahib olub.
Qeyd edək ki, Fərid Allahverdiyevin məşqçisi Etibar İsayevdir.