"Hajizade" idman klubunda karate üzrə "2022-ci ilin yekunlarına həsr olunmuş tədbir" keçirilib. Sumqayıt24 bu barədə 5 yanvar tarixində Milli Karate Federasiyasına istinadən xəbər verir.
"Buta Gənclər" idman klubunun təşkilatçılığı ilə keçirilən tədbirə bir sıra fəxri qonaqlar qatılıblar. Onlardan 6 qat dünya çempionu Rafael Ağayev, Milli Karate Federasiyasının Sumqayıt şəhər üzrə nümayəndəsi Akif Kərimov, “Arpaçay” İdman Birliyinin Prezidenti Yavər Hüseynov, WKF növü üzrə Beynalxalq Dərəcəli Hakim Vüqar Kərimov, “Arpaçay” Karate klubunun vitse-prezidenti Cavid Əliyev, Sumqayıt Karatesinin ağsaqqalları Yəhya Əliyev, Vəli Musayev, İsa Qasımov iştirak ediblər.
Görüşün sonunda yığma komandanın üzvləri təltif olunublar. [modula id="29760"]