Sumqayıt karateçisi Avropa birincisi olub. Sumqayıt24 bu haqda 6 fevral tarixində Gənclər və İdman Baş İdarəsinə istinadən xəbər verir.
Kiprin Larnaka şəhərində yeniyetmə və gənclər arasında 50-ci Avropa çempionatı keçirilib. Burada 48 ölkədən 1114-ə yaxın idmançı mübarizə aparıb. Millimizin tərkibində çıxış edən Sumqayıt karate məktəbinin yetirməsi Aysu Əliyeva (-59 kq) qızıl medalı qazanıb.
Qeyd edək ki, Aysu Əliyevanı yarışa Əməkdar məşqçi Rövşən Allahverdiyev hazırlayıb.