Sumqayıt karateçiləri beynəlxalq turnirlərdə iştirak ediblər. Bu haqda 19 iyul tarixində Sumqayıt24 Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.
Avropa Universitet Oyunları Macarıstanın Mişkolts şəhərində keçirilib. Turnirdə iştirak edən idmançı Aysu Əliyeva qızların komanda yarışında bürünc medala layiq görülüb.
Milli komandanın oğlanlardan ibarət komandasının tərkibində çıxış edən idmançılarımız: Nicat Kərimli, Vahid Həsənov və Osman Osmanlı yalnız final mərhələsində Türkiyə millisinə məğlub olaraq, gümüş medala sahib olublar.
İdmançıların məşqçiləri Azərbaycanın Əməkdar məşqçiləri Akif Kərimov, Rövşən Allahverdiyev və Bəşir Mahmudovdur.