Sumqayıtlı karateçi Beynəlxalq turnirdə iştirak edib. Bu barədə 23 yanvar tarixində Sumqayıt24 xəbər verir.
“Arpachay Open” yarışı 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunub. Sumqayıt Olimpiya İdman Kompleksinin yetirməsi Amil Abbaslı (55 kq) 2010-2011-ci il təvəllüdlü idmançılar arasında 3-cü yeri tutub. O, medal və diploma layiq görülüb.
Qeyd edək ki, Amilin müəllimi Namiq Pirverdiyevdir.