"Sumqayıt"dan ayrılan Karim Abubakar yeni kluba keçib. Sumqayıt24 bu haqda 6 iyul tarixində Fanat.az-a istinadən xəbər verir.
Qanalı hücumçu Qazaxıstanın "Kaspi" klubu ilə anlaşıb. 27 yaşlı hücumçu ilə razılaşmanın detalları açıqlanmayıb.
Qeyd edək ki, Abubakar Misli Premyer Liqasında 18 oyuna çıxıb və 3 qol vurub.