“Sumqayıt” futbol klubu 18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi ilə qarşılaşıb. Sumqayıt24 bu haqda AFFA-nın saytına istinadən xəbər verir.
Yoxlama xarakteri daşıyan oyun, yığmamızın Bakıda keçirilən təlim-məşq toplanışı çərçivəsində baş tutub. Matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.