Kuba Respublikasının paracüdoçulardan ibarət millisi Sumqayıtda olub. Bu barədə Sumqayıt24 xəbər verir.
Sumqayıt Olimpiya İdman Kompleksində idmançıların təlim-məşq toplanışı keçib. Kubanın ölkəmizdəki səfiri Karlos Valdez burada onlara baş çəkib. Azərbaycandan və Sumqayıtdan məmnun qaldıqlarını bildirən qonaqlar vətənlərinə xoş təəssüratlarla dönüblər.