Sumqayıt şəhər N.Tusi adına 12 nömrəli tam orta məktəbin şagirdi cüdo üzrə turnirdə uğur qazanıb. Sumqayıt24 bu barədə 3 fevral tarixində Abşeron-Xızı Regional Təhsil İdarəsinə istinadən xəbər verir.
Yeniyetmələrin şəxsi və qarışıq komandalar arasında keçirilən yarışında 10-cu sinif şagirdi Xədicə Qədəşova birinci yerə layiq görülüb. Məktəbli medal və diplomla təltif edilib.