Sumqayıt məktəbinin şagirdi bədii gimnastika üzrə yarışda fərqlənib. Sumqayıt24 bu barədə 26 noyabr tarixində xəbər verir.
Turnir Milli Gimnastika Arenasında baş tutub. Y.Məmmədəliyev adına 31 nömrəli məktəbin 6c sinif şagirdi Xədicə Əliyeva 1-ci beynəlxalq “Ocaq kuboku” yarışında bürünc medal qazanıb.
Yarış “Ocaq Sport” klubunun təşkilatçılığı ilə baş tutub.