Sumqayıt şəhər 31 nömrəli tam orta məktəbinin şagirdi yunan-Roma güləşi üzrə yarışda uğurla çıxış edib. Sumqayıt24 bu barədə 7 dekabr tarixində təhsil ocağına istinadən xəbər verir.
Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş 2008-2010-cu il təvəllüdlü yeniyetmələr arasında keçirilən açıq Şirvan şəhər birinciliyində 9-cu sinif şagirdi Rihad İbrahimov (68 kq) 1-ci yerə layiq görülüb. Məktəbli medal və diplomla təltif olunub.