“Sabah” – “Sumqayıt” oyunu Mehdi Cənnətov üçün əlamətdar olub.
Sumqayıt24 xəbər verir ki, 32 yaşlı qolkiper “kimyaçılar”ın heyətində 100-cü çempionat matçına çıxıb. O, keçirdiyi 100 oyunda 124 qol buraxıb.
Qeyd edək ki, Azərbaycan millisinin qapıçısının debütü 26 avqust 2017-ci ildə “Zirə” ilə səfər matçında (1:3) gerçəkləşib. 2017-2021-ci illərdə “Sumqayıt”ın formasını geyinən qapıçı 2023-cü ilin yayında yenidən komandaya qayıdıb.