Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının sonuncu mərhələsində qələbə qazanıb. Bu haqda 15 noyabr tarixində Sumqayıt24 xəbər verir.
Sumqayıtdan olan 37 yaşlı qrosmeyster final raundunun ilk turunda hindistanlı Rameşbabu Praqqnanandha ilə qarşılaşıb. Oyun “Şah”ın 2,5:1,5 hesablı üstünlüyü ilə yekunlaşıb. Onun növbəti rəqibi polşalı Yan Kşiştof-Duda olacaq.
Qeyd edək ki, turnir noyabrın 20-də başa çatacaq.