Gültac Məmmədəliyeva 4-5 ay məşqlərdən uzaq qalacaq.
Sumqayıt24 xəbər verir ki, cüdo üzrə millimizin üzvü sol çiynindən zədələnmişdi. Bunun üçün, xaricdən dəvət olunmuş yüksək səviyyəli ixtisaslaşmış cərrah ona Latarjet əməliyyatı edib. Sumqayıtlı idmançının 16-20 həftə sonra məşqlərə qayıtması gözlənilir.
Xatırladaq ki, Gültac Paris 2024 “Paris-2024” Yay Olimpiya Oyunlarında bayraqdar olub.