H.Z. Tağıyev qəsəbəsində "Sağlam həyat” devizi altında idman tədbiri baş tutub. Bu barədə Sumqayıt24 15 oktyabr tarixində xəbər verir.
Bədən tərbiyəsi və idmanın təbliğ edilməsi məqsədilə təşkil olunan tədbir minifutbol idman növü üzrə keçirilib. Açılış mərasimində çıxış edən Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov, İH-nin qəsəbə üzrə icra nümayəndəliyi, qəsəbə ağsaqqaları iştirak ediblər. İdmançılar şəhər sakinlərinə futbol idman növü üzrə müxtəlif nümunəvi çıxışlar və maraqlı oyunlar nümayiş etdiriblər.