Sumqayıtlı cüdoçu olimpiada ilə vidalaşıb. Sumqayıt24 bu haqda 29 iyul tarixində xəbər verir.
Paris Olimpiadasının ikinci günündə Gültac Məmmədəliyeva (52 kq) amerikalı Anjelika Delqadoya məğlub olub. Delqado qələbə sayəsində 1/8 finala vəsiqə qazanıb.
Xatırladaq ki, Gültac turnirdə Azərbaycan millisinin bayraqdarı olub.