Sumqayıtlı cüdo məşqçisi mükafatlandırılıb. Bu barədə Sumqayıt24 xəbər verir.
İdman yekunlarına həsr olunan mərasim keçirilib. Azərbaycan Respublikasının və Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev də tədbirdə iştirak edib. Dövlətimizin başçısı tədbirdə çıxış edib.
Sonra isə yüksək nailiyyətlər qazanmış sumqayıtlı İlham Məmmədova, həmçinin bir qrup idmançı və idman mütəxəssisinə yeni mənzillərin orderlərini təqdim edib.