“Qarabağ” futbol klubu Avropa Liqasının Liqa mərhələsində 3-cü matçına çıxıb.
Sumqayit24.az xəbər verir ki, Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika Stadionunda Niderlandın “Ayaks” klubu ilə qarşılaşıb. Oyun qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Qolları Teylor, Veqhorst və Akpom vurublar.
Qeyd edək ki, “Qarabağ”ın futbolçuları Julio Romao 15-ci, Elvin Cəfərquliyev isə 79-cu dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulublar.