“Qarabağ” – “Sumqayıt” oyununun biletləri satışa çıxarılır.
Sumqayit24.az xəbər verir ki, biletlər saat 12:00-dan etibarən onlayn şəkildə ala bilərsiniz. Biletlərin qiyməti sektorlardan asılı olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VIP biletlər isə 15 manat təşkil edir.
Biletlər iTicket.az-da onlayn, oyun günü isə “Azersun Arena”nın kassasında da satışda olacaq.
Sabah keçiriləcək Premyer Liqanın 33-cü turunun bu oyunu saat 18:00-da başlayacaq. Qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.