Sumqayıtlı şahmatçı Azərbaycan çempionatında liderliyini davam etdirir. Bu barədə Sumqayıt24 Report-a istinadən xəbər verir.
Kişi şahmatçılar arasında keçirilən ölkə çempionatının VII turunun görüşləri baş tutub. Turnirin lideri Vasif Durarbəyli bu dəfə qara fiqurlarla Vüqar Əsədli ilə heç-heçə oynayıb.
Qrosmeysterimizin 7 turdan sonra aktivində 6 xal var. Növbəti oyunlar yanvarın 21-də keçiriləcək.