Sumqayıtlı idmançı "Karate Combat" turnirində növbəti döyüşünü keçirib. Sumqayıt24 bu haqda 26 iyun tarixində xəbər verir.
5 qat dünya və 11 qat Avropa çempionu Rafael Ağayev Tokio-2020 Yay Olimpiya Oyunlarının mükafatçısı, ABŞ-dən olan Coş Kuayhagenlə qarşılaşıb. Mayami şəhərində baş tutan döyüş Ağayevin qələbəsi ilə başa çatıb.
İdmançımız baxımlı döyüşə görə rəqibinə minnətdarlığını bildirib:
"Ona böyük hörmətim var. Bir daha “çox sağ ol” deyirəm. Dünyanın bütün tanınmış idmançıları buradadır. Onları alqışlayıram".