FIDE Qran-prisində mübarizə aparan Şəhriyar Məmmədyarov 3-cü oyunda rusiyalı Aleksandr Predke ilə üz-üzə gəlib. Bu haqda turnirin rəsmi saytına istinadən xəbər veririk.
37 yaşlı sumqayıtlı qrossmeyster bu görüşü ağ fiqurlarla oynayıb. Qarşılaşma 55-ci gedişdə yekunlaşıb. Rəqiblər heç-heçəyə razılaşıblar.
Qeyd edək ki, Serbiyanın paytaxtı Belqradda təşkil olunan yarışda Məmmədyarov D qrupunda çıxış edir. Onun digər rəqibləri fransalı Maksim Vaşye-Laqrav və çinli Yu Yanqyudur.