Şəhidin övladları karate üzrə Sumqayıt birinciliyində fərqləniblər. Bu barədə 4 oktyabr tarixində Sumqayıt24 xəbər verir.
Yusif Məmmədəliyev adına 31 nömrəli məktəbin şəhid məzunu Samir İslamovun iki oğlu - İdris və İslam, 27 Sentyabr - Anım Gününə həsr edilmiş şəhər yarışmasında 1-ci yerə layiq görülüblər.
Qeyd edək ki, turnir Paralimpiya İdman Kompleksində təşkil olunub. Qaliblərə Fəxri fərman, medal və hədiyyələr təqdim edilib.