Sumqayıtlı karateçilər “Caspian Open”-in qalibi olublar. Bu barədə 29 noyabr tarixində Sumqayıt24 xəbər verir.
İki gün davam edən yarış Bakı İdman Sarayında təşkil olunub. Sumqayıt şəhər Yusif Məmmədəliyev adına 31 nömrəli məktəbin məzun şəhidi Samir İslamovun övladları İdris və İslam 1-ci yerləri tutublar.