Sumqayıtlı şahmatçı "Oslo Esports Cup"-da növbəti qələbəsini qazanıb. Sumqayıt24 bu haqda turnirin saytına istinadən xəbər verir.
Beynəlxalq dərəcəli qrossmeyster Şəhriyar Məmmədyarov 6-cı turda niderlandlı Yorden van Forestlə üzləşib. Görüş təmsilçimizin 3,5:2,5 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, turnir norveçli dünya çempionu Maqnus Karlsen tərəfindən təşkil olunub.