"Meltwater Champions Chess Tour" seriyasının sonuncu, doqquzuncu mərhələsi davam edir. Bu barədə 17 noyabr tarixində Sumqayıt24 xəbər verir.
Şahmatçımız Şəhriyar Məmmədyarov növbəti görüşünü keçirib. Final raundunun 3-cü turunda onun rəqibi norveçli dünya çempionu Maqnus Karlsen olub. Nəticədə, təmsilçimiz 0:3 hesablı məğlubiyyətə uğrayıb.
Hazırda 3 xalı olan “Şah” 5-ci pillədə qərarlaşıb.