Şahmatçımız növbəti rəqibləri ilə qarşılaşacaq. Bu barədə 19 dekabr tarixində Sumqayıt24 xəbər verir.
"Vüqar Həşimov Memorialı-2022" VIII beynəlxalq turnirində bu gün rapid növü üzrə 4, 5 və 6-cı turun oyunları baş tutacaq. Şəhriyar Məmmədyarov ilk olaraq Riçard Rapport (Rumıniya), sonra isə Qukeş Dommaracu (Hindistan) və Fransisko Valyexonu (İspaniya) sınağa çəkəcək.
Qeyd edək ki, yarış 24 dekabr tarixində yekunlaşacaq.