Beynəlxalq Şahmat Federasiyası reytinq siyahısını yeniləyib. Sumqayıt24 bu barədə 1 oktyabr tarixində Report.az-a istinadən xəbər verir.
Sumqayıtlı qrosmeyster Şəhriyar Məmmədyarov yeni siyahıya əsasən, üç pillə geriləyib. 37 yaşlı şahmatçının hesabında 2747 xal var. Hazırda o, 13-cü yerdə qərarlaşıb.
Qeyd edək ki, siyahıya norveçli dünya çempionu Maqnus Karlsen (2856) başçılıq edir.