“Vüqar Həşimov Memorialı – 2022” VIII beynəlxalq şahmat yarışı başlayır. Bu haqda 17 dekabr tarixində Sumqayıt24 xəbər verir.
Birincilik paytaxtın “Fairmont” hotelində keçiriləcək. Qrosmeyster Şəhriyar Məmmədyarovun rəqibləri Rauf Məmmədov, Abdulla Qədimbəyli, Aydın Süleymanlı, Nodirbek Abdusattorov (Özbəkistan), Van Hao (Çin), Riçard Rapport (Rumıniya), Dommaraju Qukeş (Hindistan), Samuel Şenklend (ABŞ) və Fransisko Valyexo (İspaniya) olacaqlar.
İştirakçılar yarışın ilk üç günündə şahmatın rapid, sonra isə blits növündə mübarizə aparacaqlar.