Futbol üzrə Azərbaycan çempionatının Əvəzedicilər liqasının 12-ci turunun oyunu keçirilib.
Sumqayit24.az xəbər verir ki, "Kapital Bank Arena"nın ehtiyat meydançasında təşkil olunan görüşdə “Sumqayıt-2” komandası "Sabah-2" ilə qarşılaşıb. Oyun “Kimyaçılar”ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.