Futbol üzrə Əvəzedicilər Liqasının hakim təyinatları açıqlanıb.
Sumqayit24.az xəbər verir ki, “Sumqayıt-2” 14-cü turda “Şamaxı-2”-ni qəbul edəcək. Oyunu hakimlər Elvin Bayramov, Tərlan Talıbzadə, Nurlan Əhmədzadə və Rasim Musayev idarə edəcəklər. Qarşılaşmanın hakim-inspektoru Orxan Məmmədov, AFFA nümayəndəsi isə Namiq Əliyev olacaq.
Qeyd edək ki, matç 25 noyabr saat 15:00-da “Kapital Bank Arena”nın ehtiyat meydançasında keçiriləcək.