“Sumqayıt-2” komandası cəzalandırılıb.
Sumqayit24.az xəbər verir ki, bu barədə AFFA-nın İntizam Komitəsinin iclasında qərar qəbul olunub. Əvəzedicilər Liqasının XXV turunda “Qarabağ-2” ilə görüşdə oyun günü planı pozulduğuna görə Sumqayıt təmsilçisi 100 manat ziyana düşüb.
Həmçinin “Qarabağ-2” komandasının futbolçusu Nihad Mollayev də 4 oyunluq cəzalandırılıb. Futbolçunun cəzalanmasına hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alması səbəb olub. Bununla yanaşı, Ağdam təmsilçisi 300 manat cərimələnib.