Cüdoçularımız Azərbaycan birinciliyində uğurlu nəticə əldə ediblər. Sumqayıt24 bu haqda 24 fevral tarixində Gənclər və İdman Baş İdarəsinə istinadən xəbər verir.
Yarış 22-23 fevral tarixlərində Bakıda gənc (U-21) oğlan və qızlar arasında keçirilib. 64 komandadan 245-dən çox idmançı bir-biri ilə mübarizə aparıb.
Sumqayıt cüdo məktəbinin yetirmələri Rita Əliyeva (52 kq) və Atababa Niftəliyev (100 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Elnarə Rəşidova (+78 kq) ikinci, Amin İsmayılov (55 kq) isə üçüncü yerləri tutublar.