Cüdo üzrə Azərbaycan çempionatının ilk yarış günü keçirilib.
Sumqayit24.az xəbər verir ki, Bakı İdman Sarayında baş tutan turnirdə Sumqayıt idmançılarından Əsmər Əliyeva (78 kq) gümüş, Elnarə Rəşidova (+78 kq), Eltac Yusifli (-66 kq/ Sumqayıt 1 nömrəli İOEUGİŞM) və Ruslan Paşayev (-66 kq) bürünc medal qazanıblar.
Adları çəkilən idmançılar Emil Hüseynov, Əməkdar məşqçilər İlham Məmmədov və Zaur Rəcəblinin yetirmələridir.
