Sumqayıt idmançıları cüdo üzrə Azərbaycan çempionatında iştirak edirlər.
Qadınlar və kişilər arasında təşkil olunan çempionat Bakı İdman Sarayında keçirilir.
Sumqayit24.az-ın əldə etdiyi məlumata görə, Sumqayıt yarışda 82 idmançı ilə təmsil edilir:
- Neftçi idman-sağlamlıq mərkəzi;
- "Dinamo" İdman Cəmiyyəti;
- 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbi;
- 2 saylı Uşaq-Gənclər İdman-Şahmat Məktəbi;
- “Fərid” İdman klubu ;
- “Uğur” İdman klubu;
- Respublika Kompleks İdman Məktəbi;
- İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi.
Qeyd edək ki, yarış dekabrın 1-də yekunlaşacaq. Arenaya giriş sərbəstdir.